Modern.az

Milli Məclis Sədrinin köməkçisi işdən ÇIXARILDI

Milli Məclis Sədrinin köməkçisi işdən ÇIXARILDI

Parlament

23 Aprel 2020, 10:28

Milli Məclis Sədrinin köməkçisi tutduğu vəzifədən kənarlaşdırılıb.

Modern.az-ın xəbərinə görə, indiyədək Milli Məclis Sədrinin köməkçisi vəzifəsini tutan Nigar Vaqif qızı Qasımovanın adı parlamentin saytından çıxarılıb.

Qeyd edək ki, hazırda Milli Məclis Sədrinin 3 köməkçisi var. Bunlar Ruslan İsmayılov, Aqşin Hümmətov  və Aydın Cəfərovdur.

Xatırladaq ki, aprelin əvvəlində Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatlarının aparılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq bir müddət öncə Milli Məclisin Aparatı buraxılıb. Hazırda Aparatın yeni strukturu və işçi heyəti formalaşdırılır.


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu