Modern.az

Şəkinin Şin kəndinə qar yağdı – FOTOLAR

Şəkinin Şin kəndinə qar yağdı – FOTOLAR

23 Aprel 2020, 10:48

Ötən axşamdan başlayaraq Azərbaycanın şimal bölgəsinin dağlıq ərazidə yerləşən kəndlərinə qar yağıb.

 

Modern.az xəbər verir ki, Şəkinin Böyük Qafqaz dağlarının yamacında dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Şin kəndinə də 3 sm hündürlüyündə qar yağıb. Səhər saatlarında isə qar yağış və sulu qarla əvəzlənib.

 

Kənd sakinləri havanın +5 dərəcə olduğu üçün yağan qarın çiçəklənmə dövrünü yaşayan meyvə ağaclarına zərər vurmadığını bildiriblər. Amma şaxtaların düşəcəyi təqdirdə meyvə çiçəklərini don vuracağını istisna etməyiblər.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir