Modern.az

İranın xarici işlər naziri Trampa MƏSLƏHƏT VERDİ

İranın xarici işlər naziri Trampa MƏSLƏHƏT VERDİ

Dünya

23 Aprel 2020, 14:55

İranın xarici işlər naziri Cavad Zərif ABŞ lideri Donald Trampa cavab verib.

 

Modern.az xəbər verir ki, Zərif Trampın Fars körfəzində İran katerlərini vurmaq əmrini kəskin tənqid edib.

 

“Trampa məsləhət verərdim ki, ABŞ ordusunda koronavirusa yoluxma hallarına nəzarət etsin. Ordu sıralarından 5 mindən çox COVİD-19-a yoluxma halları var. Donald Trampa onların ehtiyaclarına diqqətli olması vacibdir. İranlı dənizçiləri məhz ABŞ tərəfi təxribata cəlb edir”.

 

Tramp ABŞ gəmilərinə təhlükə törədən istənilən İran katerlərinin məhv edilməsi barədə göstəriş verib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub