Modern.az

Milli Məclisdə uşaqpulunun bərpası məsələsi qaldırıldı

Milli Məclisdə uşaqpulunun bərpası məsələsi qaldırıldı

24 Aprel 2020, 12:35

Milli Məclisdə uşaqpulunun bərpası yenidən gündəmə gətirilib.

 

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxışında uşaqpulunun bərpa edilməsini təklif edib:

 

“Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”.

 

Ə.Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə 190 manatlıq birdəfəlik verilməsini də istəyib. Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını vacib sayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!