Modern.az

Rəsulzadənin nəvəsi Əli bəy Hüseynzadənin qızından DANIŞDI

Rəsulzadənin nəvəsi Əli bəy Hüseynzadənin qızından DANIŞDI

Ölkə

25 Aprel 2020, 14:36

“Əli bəy Hüseynzadənin qızı ilə sağlığında görüşmək fürsətim olmadı. Amma İstanbula ilk səfərimdə məzarını ziyarət edəcəyəm”.

 

Bunu Modern.az-a Əli bəy Hüseynzadənin İstanbulda dünyasını dəyişən qızı Feyzavər Alpsar haqqında danışarkən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib. O bildirib ki, Feyzavər xanımı qiyabi tanıyıb:

 

“Feyzavər xanım eyni zamanda gözəl rəssam olub. Onun atası və anası da rəssam idi. Əli bəy Hüseynzadənin varisi olduğundan maraqlanıb, tanımışam. Cümhuriyyət qurucularının digər varisləri ilə xaricdə, eləcə də Azərbaycanda keçirilən tədbirlərdə, Cümhuriyyətlə əlaqədar proqramlarda görüşmüşük. Amma təəssüf ki, Feyzavər xanımla görüş nəsib olmadı”.

 

Rəis Rəsulzadə İstanbula getdikdə Feyzavər xanımın qəbrini ziyarət edəcəyini söyləyib:

 

“Onlar bizim milli dəyərlərimizdir. Hörmət etmək, diqqət göstərmək borcumuzdur. Türkiyəyə gedəndə qəbrini mütləq ziyarət edəcəyəm. Allah rəhmət eləsin”.

 

Qeyd edək ki, Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan aprelin 24-də İstanbulda 101 yaşında vəfat edib. O, bu gün vəsiyyətinə uyğun olaraq İstanbul, Zincirlikuyu məzarlığında həyat yoldaşının yanında dəfn edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı