Modern.az

Qənirə Paşayeva mükafat verib - FOTOLAR

Qənirə Paşayeva mükafat verib - FOTOLAR

1 May 2012, 17:06

“Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) TRT-ni və Azərbaycanın bir sıra telekanallarını, bu kanalda yayımlanan “Avropa, Avropa” serialının yaradıcı heyətini və Azərbaycanın bir sıra sənətçilərini ödülləndirib.
Azərbaycan və Türkiyə sənət adamlarının əməkdaşlığının dərinləşməsi, ümumən iki qardaş ölkə arasında mədəni əməkdaşlıq sahəsində xidmətlərə görə həyata keçirilən təltifetmə mərasimində millət vəkilləri, sənət adamları, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi sədri, millət vəkili Qənirə Paşayeva mərasimdə çıxış edərək “bir millətin iki dövləti” arasında millət vəkilləri, dövlət xadimləri qədər sənət xadimlərinin, ümumən mədəniyyətin də özəl yeri olduğunu vurğulayaraq, sənətin, sənət xadimlərinin gördüyü işlərin xalqları, toplumları bir-birinə daha yaxın etdiyini qeyd etmişdir.

 “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi sədri, millət vəkili, dr. Qənirə Paşayeva sənət xadimlərinin, mədəniyyətin xalqları, dövlətləri bir-birinə daha yaxın etdiyini vurğulamış,  Azərbaycanla Türkiyə arasında mədəni  əlaqələrin bugünü və perspektivi barədə öz fikirlərini bölüşmüşdür. O, deyib ki, Azərbaycanın sənət adamları özünü həm də Türkiyənin, Türkiyənin sənət adamları isə özünü həm də Azərbaycanın sənət adamları, bir paçşası kimi hiss etməlidir. Onlar mədəniyyətimiz, sənət üçün çalışmaqla bərabər,  ölkələrimiz ümumiyyətlə isə Türk dünyasının mədəni əməkdaşlığının inkişafı, xalqlarımızın biri-birini daha yaxından tanıması, sahiblənməsi üçün də bir ziyalı olaraq əllərindən gələni etməli və özlərinin yüzminlərlə gənc heyranlarına gözəl örnək olmalı və onların düzgün yetişməsinə və istiqamətlənməsində rol oynamalıdırlar. Tədbirdə iştirak edən sənət adamlarının hər birinin yüzminlərlə heyranlarının olduğuna xüsusi diqqət yönəldən millət vəkili Qənirə Paşayeva onlara müraciətlə siz bu məsələ heç də bizdən, siyasətşilərdən az gücə malik deyilsiniz tam əksinə siz böyük gücsünüz və ölkələrimiz arasında, bir millətin insanları, dövlətlərimiz araında əlaqələrin daha da inkişadında önəmli rol oynaya bilərsiniz və inanıram ki, bundan sonra da bu istiqamətdə fəaliyyətinizi davam etdirəcəksiniz. “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi sədri, millət vəkili, dr. Qənirə Paşayeva iki ölkə arasında mədəni əməkdaşlığın inkişadında televiziya və radioların böyük bir missiya həyata keçirə biləcəyinə də xüsusi diqqət yetirib: ”Televiziya və radio çox böyük bir gücdür və biz onun imkanlarından ölkələrimiz arasında mədəni əməkdaşlığın, əlaqələrin daha da inkişafı və hər iki ölkədə insanlarımıza biri-birimizlə bağlı daha çox məlumatların çatdırılmasında daha şox istifadə etməliyik”.

Mükafatlandırılanlar arasında TRT-nin Bakı bürosunun müdiri Yüksəl Dəyərcan, TRT Xəbər Kordinatoru Bünyamin Şahin, “TRT-Avaz”ın Koordinatoru Adnan Süər, TRT Xəbər Dairəsi başqanı Əhməd Çavuşoğlu,  İTV,  “Xəzər”TV,  AzTV-nin “Turan” proqramı, SPACE TV-nin Mədəniyyət Departamenti, “Azad Azərbaycan” Radiosu, Türkiyəli yapımçi  Banu Akdeniz, yönetmen Şafak Bal, Azərbaycanın əməkdar artistləri  Azərin, Tünzalə Ağayeva, əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə və başqaları var. Mükafatları sahiblərinə “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi sədri, millət vəkili, dr. Qənirə Paşayeva,  millət vəkilləri Leyla Abdullayeva, Musa Qasımlı,  AVMVB-nin sədri Füzuli Rzaquliyev və AVMVB-nin sədr müavini Mübariz Hacıoğlu təqdim etmişlər. 




Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir