Modern.az

Karantin rejimi növbəti dəfə bu tarixdən yumşaldıla bilər - Baş infeksionist

Karantin rejimi növbəti dəfə bu tarixdən yumşaldıla bilər - Baş infeksionist

27 Aprel 2020, 11:08

Xəstəliyin dinamikası azalan fazada davam edərsə, karantin rejiminin yumşaldılmasının növbəti mərhələsinə 4 mayda keçilə bilər.

Bunu Modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.


C.İsayev qeyd edib ki, hər şey vətəndaşların növbəti mərhələdəki qaydalara əməl etməsindən asılı olacaq:


“Hamımız qaydalara nə qədər çox riayət etsək, növbəti mərhələlərə keçid bir o qədər tez olacaq”.


Qeyd edək ki, bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?