Modern.az

Deputat işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu istəyir

Deputat işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu istəyir

1 May 2012, 18:44

Modern.az saytının məlumatına görə  Milli Məclisdə Şuşanın işğalının 20 illiyi haqqında müzakirələr zamanı çıxış edən  millət vəkili  Qənirə Paşayeva  bildirib ki, Ermənistan Şuşanı işğal etdikdən sonra buradan azərbaycanlıların izini silmək istəyir.

”Onlar işğal olunmuş ərazilərimizdə bütün tarixi və mədəni abidələrimizi yerlə-yeksan ediblər. Qəbiristanlıqları dağıdıblar. Ancaq beynəlxalq təşkilatlar bu məsələyə gözucu yanaşırlar. Bütün bunlar onu deməyə əsas verir ki, işğal olunmuş torpaqlarımızı özümüz azad etməliyik. Ötən 20 il ərzində bir daha şahidi olduq ki, bu məsələylə bağlı hansısa tərəfdən kömək gözləməyə dəyməz. Ermənistan bizə başqa imkan vermədiyindən torpaqlarımızı özümüz  hərbi yolla azad edəcəyik. Bir müddət öncə erməni başbilənlər iddia edirdilər ki,  20 il keçəcək, Şuşanı görməyən şuşalı nəsil formalaşacaq, onlar Şuşanı undudacaqlar. Ancaq Şuşada yeni erməni nəsil formalaşacaq ki, bu nəsil özünü tam olaraq Şuşanın sahibi hesab edəcək. Ermənilər yanılırlar. Ortada Mübariz İbrahimovun şəxsində Azərbaycan gəncliyi nümunəsi var. Mübariz İbrahimovun timsalında bu gənclik Vətən uğrunda canından keçməyə hazırdı”.

Deputatın digər təklifi işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi qəbulu ilə bağlı olub: ”Əgər belə bir qanun qəbul olunsa, beynəlxalq müstəvidə torpağlarımızın işğal olunmasını bir daha önə gətirmiş olarıq. Eyni zamanda işğal olunan Azərbaycan torpaqlarında ermənilərin, ermənilər tərəfindən cəlb olunmuş xarici şirkətlərin, turistlərin bu qanunsuz hərəkətləri beynəlxalq normalara zidd olduğu sənədlə təsdiqlənər. Onlar anlamalıdırlar ki, belə qanunsuz əməlləri 10 il keçsə də, 20 il keçsə unudulmayacaq,Azərbaycan üçün arzuolunmaz şəxs olaraq qalacaqlar. Hesab edirəm ki, belə qanuna böyük ehtiyac var”.  

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı