Modern.az

Məşhur üzgüçü hamamda ölü tapılıb

Məşhur üzgüçü hamamda ölü tapılıb

1 May 2012, 19:22

Norveç Üzgüçülük Federasiyası dünya çempionu, 26 yaşlı üzgüçü Alexander Dale Oeni hamamda ölü vəziyyətdə tapıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Oen 2011-ci ildə Çinin Şanxay şəhərində keçirilən Dünya Çempionatında 50 metr və 100 metr məsafəyə üzməyə görə qızıl medal qazanan idmançıdır. Oen axşam saatlarında Arizonadakı hazırlıq düşərgəsində duşa girib, ancaq uzun bir müddət vanna otağından çıxmayıb. Yoldaşları onu vanna otağında ölü olaraq tapıblar. Oenin infarktdan öldüyü bildirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu