Modern.az

Azərbaycanda məhkum azadlığa çıxmaqdan İMTİNA ETDİ

Azərbaycanda məhkum azadlığa çıxmaqdan İMTİNA ETDİ

28 Aprel 2020, 10:02

Azərbaycanda yaşı 65-dən yuxarı olan məhkumlardan biri əfv sərəncamına düşmək üçün müraciət yazmaqdan imtina edib.

Prezident İlham Əliyev pandemiya səbəbilə aprelin 6-da imzaladığı əfv sərəncamından əvvəl aparılan fərdi söhbətlər zamanı həmin məhkuma azadlığa çıxması üçün ərizə yazmaq təklif olunsa da, o, bunu istəməyib.

Bu faktı Modern.az saytına açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

 

Ə.Nuriyev qeyd edib ki, şərti adı M.A olan həmin şəxs övladını öldürüb:


“Yaşı 65-dən yuxarı olan məhkum əfv sərəncamındakı kriteriyalara uyğun gəlsə də, əfv üçün ərizə yazmaqdan könüllü şəkilədə imtina etdi.


Çünki azadlıqda onu gözləyən kimsə yox idi. Övladını öldürdüyündən ailənin digər üzvlərilə intriqaları davam edir, ailə onu bağışlamayıb. Həmin şəxs əfv olunsaydı, ailə daxilində başqa konflikt yarana bilərdi. Bildiyiniz kimi, əfvdən əvvəl hər bir məhkumla fərdi söhbətlər aparılır. Ağır cinayət törətməsinə rəğmən səhhətində problem olduğu üçün o şəxsə əfv düşürdü. Amma o, bundan könüllü imtina etdi. Çünki deyirdi ki, “çıxsam yenə bura qayıdacam”.


Qeyd edək ki, Prezident İlham Əliyev pandemiya səbəbindən bu il aprelin 6-da məhkum edilmiş şəxslərin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa  buraxılıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir