Modern.az

Mərkəzi Bank bağlanan bankların əmanətçilərinə ÇAĞIRIŞ ETDİ

Mərkəzi Bank bağlanan bankların əmanətçilərinə ÇAĞIRIŞ ETDİ

28 Aprel 2020, 18:25

Lisenziyaları ləğv edilmiş “Atabank” ASC və “AmrahBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Modern.az-a verilən məlumatda bildirilib.


Qeyd edilib ki, Fondun vəsaiti çatmasa, mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaq:


“Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar”.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir