Modern.az

“Bizi ucuz neft dövrü gözləyir, dözməliyik” – BƏDBİN PROQNOZ

“Bizi ucuz neft dövrü gözləyir, dözməliyik” – BƏDBİN PROQNOZ

29 Aprel 2020, 12:13

Rusiyanın energetika naziri Aleksandr Novak yaxın dövrlərdə neft qiymətlərinin ucuz qalacağını düşünür.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir “qara qızıl” bazarında qeyri-müəyyənlikdən danışıb.

“Aydındır ki, situasiya müəyyənləşməyənə qədər bizi ucuz neft dövrü gözləyir. Buna dözməliyik. Əgər bu gün biz ucuzlaşmanın şahidi oluruqsa, bu o demək deyil ki, həmişə belə olacaq”- deyə nazir deyib.

 

O, OPEK+ razılaşmasının qüvvəyə minməsindsən sonra daha aydın mənzərə ilə üzləşəcəklərini əlavə edib.

“Artlıq  mayda bəzi ölkələrin karantindən vaz keçəcəyini gözləyirik. Bu tələbatı artıracaq. Əsas OPEK+ razılaşmasının qüvvəyə minməsindən sonra yaranacaq vəziyyətdir”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?