Modern.az

Əli Hüseynli parlamentlərarası komissiyasının həmsədri seçildi

Əli Hüseynli parlamentlərarası komissiyasının həmsədri seçildi

Parlament

29 Aprel 2020, 14:22

Milli Məclisin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının tərkibi və həmsədri məlum olub.

 

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

 

Bildirilib ki, Milli Məclisin sədrinin birinci-müavini Əli Hüseynli komissiyanın həmsədri seçilib.

 

Komissiyanın tərkibinə isə deputatlardan Ağalar Vəliyev, Eldar İbrahimov, Sadiq Qurbanov, Mixail Zabelin, İsa Həbibbəyli, Nəsib Məhəməliyev, Elman Məmmədov, Mahir Abbaszadə, Cəbi Quliyev, Azər Badamov, Malik Həsənov, Sevinc Hüseynova, Eldəniz Səlimov, Nizami Səfərov, Elnur Allahverdiyev daxil edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır