Modern.az

Kamçatkadakı azərbaycanlılardan xəbər var: “Virusa yoluxanlar arasında...”

Kamçatkadakı azərbaycanlılardan xəbər var: “Virusa yoluxanlar arasında...”

29 Aprel 2020, 17:50

Koronavirusun geniş miqyasda yayıldığı ölkələr sırasında Rusiya da yer alır. Belə ki, indiyədək bu ölkədə 99399 nəfər virusa yoluxub, 972 nəfər isə pandemiyadan vəfat edib.

 

Azərbaycanlıların kompakt şəkildə yaşadığı Rusiyada vətəndaşlarımızın vəziyyəti necədir? Onlar arasında virusa yoluxma halı qeydə alınıbmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Kamçatkada Azərbaycanın diaspor təşkilatı olan “Dostluq” İctimai Birliyinin sədri Ramazan Hüseynov bildirib ki, yaşadığı vilayət üzrə koronavirusa yoluxan azərbaycanlı yoxdur.

 

“Burada yaşayan vətəndaşlarımızla mütəmadi olaraq əlaqə saxlayıb vəziyyətlərini öyrənirik. Kamçatkada indiyədək virusa yoluxanlar arasında azərbaycanlı qeydə alınmayıb”, - deyə diaspor nümayəndəsi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər