Modern.az

“Karantin uzadılsa, 1,6 milyard insan pulsuz qalacaq” – XƏBƏRDARLIQ

“Karantin uzadılsa, 1,6 milyard insan pulsuz qalacaq” – XƏBƏRDARLIQ

29 Aprel 2020, 19:38

Beynəlxalq Əmək Təşkilatının ekspertləri karantin tədbirlərinin uzadılacağı təqdirdə, 1,6 milyard insanın sosial vəziyyətinin kəskin pisləşəcəyini bildirib.

 

Modern.az təşkilata istinadən xəbər verir ki, 1,6 milyard insandan 305 milyonu iş yerini itirəcək. Ən çox zərbəni iqtisadiyyatın qeyri-formal sahələri hiss edəcək. Dünya iq   tisadiyyatının işçi qüvvəsinin yarısını itirmək təhlükəsi də bura əlavə olunub.

 

Epidemioloji böhran başlayandan dünyadakı qeyri-rəsmi işçilər gəlirlərinin 60%-ni– Afrikada gəlirlərinin 81%-ni, Asiya-Sakit okean hövzəsində 21,6%, Avropa və Mərkəzi Asiyada isə 70%-ni itiriblər.

 

Onlar bir qismi dövlət yardımı və alternativ mənəb olmadan sağ qalmağa çalışır. Ona görə də Beynəlxalq Əmək Təşkilatı iqtisadiyyatın pandemiyadan ən ağır zərər görmüş sektorlarına, xüsusən, kiçik biznesə dəstək verməyə çağırıb.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?