Modern.az

Prezident icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM

Prezident icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM

30 Aprel 2020, 11:30

Prezident İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamla Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


***

Xatırladaq ki, dünən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar rayonu İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi və Mahir Quliyevin saxlanıldığı barədə məlumat yayılıb.

Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.

İşdən çıxarılan icra başçısı ilə yanaşı, müavinlərinin də saxlanıldığı bildirilir.

Mahir Quliyev 26 aprel 2011-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi