Modern.az

İlham Əliyev səlahiyyət müddəti başa çatmış Zakir Qaralovla DANIŞDI

İlham Əliyev səlahiyyət müddəti başa çatmış Zakir Qaralovla DANIŞDI

Ölkə

30 Aprel 2020, 13:20

Prezident İlham Əliyev aprelin 30-da Zakir Qaralovla telefonla danışıb.

 

Modern.az xəbər verir ki, telefon danışığı zamanı dövlət başçısı Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.

 

Fəaliyyətinə verilən qiymətə görə dərindən minnətdarlıq edən Zakir Qaralov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı