Modern.az

Parlamentin İntizam Komissiyası niyə toplaşır?

Parlamentin İntizam Komissiyası niyə toplaşır?

Parlament

30 Aprel 2020, 16:14

Milli Məclisin İntizam Komissiyası ilk dəfə toplaşacaq.

 

Bu barədə Modern.az-a Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov məlumat verib.

 

Deputat bildirib ki, bu, Milli Məclis formalaşandan sonra ilk iclas olacaq:

 

“Bildiyiniz kimi, COVİD-19 pandemiyası səbəbindən ölkədə karantin rejimi tətbiq olunub. Bu səbəbdən də İntizam Komissiyası olaraq toplaşa bilmirdik. Mayın 6-da ilk toplantımızı keçirəcəyik”.

 

Eldar İbrahimov toplantının həm də tanışlıq xarakterli olduğunu qeyd edib:

 

“Komissiyanın tərkibində yeni deputatlar da yer alıb. Bizim də vəzifəmiz ümumi qaydalar barədə məlumat vermək, etik davranışı təbliğ etməkdir. Hesab edirəm ki, ilk toplantımız maraqlı olacaq”.

  

Qeyd edək ki, İntizam Komissiyasının tərkibinə bu deputatlar daxildir:

 

1.Ağamalı Fəzail Rəhim oğlu

 

2.Həsənov Nurlan Urfan oğlu

 

3.Həsənova Afət Əbil qızı

 

4.İbrahimqızı Məlahət İbrahim qızı

 

5.İbrahimov Eldar Rza oğlu

 

6.Məhəməliyev Nəsib Məhəmməd oğlu

 

7.Məmmədov Hikmət Baba oğlu

 

8.Məmmədov Məşhur Şahbaz oğlu

 

9.Möhbalıyev Səttar Suliddin oğlu

 

10.Musayev Madər Əliəsgər oğlu

 

11.Səfərov Nizami Abdulla oğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!