Modern.az

Nərgiz Cəlilova: “Yaxşı bir təklif olsa, efirə çıxaram”

Nərgiz Cəlilova: “Yaxşı bir təklif olsa, efirə çıxaram”

Aktual

3 May 2012, 10:02

Bir çox telelayihələrin müəllifi və aparıcısı, tanınmış telejurnalist Nərgiz Cəlilova son zamanlar efirlərdə görsənmir.

Modern.az saytı aparıcı ilə əlaqə saxlayıb, ondan hazırki fəaliyyəti haqqında məlumat alıb.

“Hazırda yeni mövsümlə əlaqədar olaraq televiziyalarda yeni layihələr yoxdur. Bu televiziyaların qanunudur. Ola bilər ki, yaya uyğun nəsə bir-iki aylıq layihə olsa, aparıcılıq edərəm. Yay mövsümündən sonra isə televiziya proyekti kimi yaxşı bir təklif olsa, efirə çıxaram. Hər şey təkliflərlə bağlıdır. Hazırda isə jurnalistlərlə bağlı tədbirlərdə, konsert proqramlarında, təqdimat mərasimlərində aparıcılıqla məşğulam. Eyni zamanda Media mərkəzlərində seminarlar da keçirəm”.

 

Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür