Modern.az

Tanınmış teoloq: “Orucu pozan 3 əməl var: yeyib-içmək, cinsi yaxınlıq və...”

Tanınmış teoloq: “Orucu pozan 3 əməl var: yeyib-içmək, cinsi yaxınlıq və...”

1 May 2020, 10:09

Tanınmış teoloq və islamşunas, “Karvan” jurnalının baş redaktoru İsmail Əhməd hazırda içində olduğumuz müqəddəs Ramazan ayının qadağaları ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Teoloq bildirib ki, bəzən bir çoxları oruclu insanlar üçün iynə vurdurmaq, kosmetikadan və parfümdan istifadə etmək, çimmək, toy və nişan etmək, qurban kəsmək, qan aldırmaq, diş çəkdirmək kimi halları orucu pozan və ya bəyənilməyən hal kimi dəyərləndirirlər. İsmail Əhmədin sözlərinə görə isə bu halların Quranla heç bir əlaqəsi yoxdur.


“Qurani təqdimatda yer alan qadağalar sadəcə bunlardı:
1. Yeyib-içmək
2. Cinsi yaxınlıq və spermanın qəsdən xaric edilməsi
3. Allah və peyğəmbər adına yalan danışmaq
Vəssəlam....! İslamın bu ayda sizə qadağan etdiyi bunlardır..!”.

Teoloq deyib ki, siqaret çəkmək orucu pozmasa da, birmənalı olaraq haramdır:

“Bu isə heç də çəkmək anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, haramlıq dərəcəsi, orucun pozulmasından daha mühümdür. Çünki orucu pozan hallar ilin sadəcə bir ayında, haramlar isə il boyu qüvvədə olur. Digər tərəfdən siqareti orucu pozan hal kimi təqdim etmək üçün əldə ayə olmalıdır ki, o da yoxdur. Belə olduqda isə hansısa bir hədis axtarmaq da yersiz olar. Siqaretin haramlığına gəlincə, konkret siqaret barədə olmasa da, insana (maddi və mənəvi) ciddi ziyan vuran hər bir şeyin haramlığına dair hökm edən ayələr əlimizdədir. Bunun üçün də siqaret və digər şeylərin haram və ya məkruhluğuna dair kiminsə fətvasını gözləmək sadəcə dini mənafeyə uyğun idarə etməkdir. Bir müsəlmanın nəzərində şərab necə haramdırsa, siqaret və digər ziyan vurucu şeylər də eyni ilə eyni dərəcədə haram olmalıdır..!”.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?