Modern.az

Siyavuş Novruzov nazirləri tənqid etdi: “Xalqın qarşısına çıxmağa üzü yoxdursa, getsin otursun evdə”

Siyavuş Novruzov nazirləri tənqid etdi: “Xalqın qarşısına çıxmağa üzü yoxdursa, getsin otursun evdə”

1 May 2020, 12:58

Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edir.

 

Modern.az-ın məlumatına görə, S.Novruzov parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır.

 

Onun fikrincə, Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir.

 

S.Novruzov dövlət qurumlarında aparat rəhbərlərinin də təyin olunması məsələsinə toxunub:

 

“Hamı aparat rəhbəri təyin edir. Mənzil İstismar Sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”.

 

S.Novruzov nazirliklərdə mətbuat xidməti rəhbərlərinin təyin olunmasına da toxunub. O qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır:

 

“Karantin dövründə gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa “əlləzinə” oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi