“Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar bütün sahələri əhatə edir”
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, Milli Məclisdə də struktur silahatlarının aparılması zəruri idi:
“Ötən bir ay müddətdə aparatın və hər bir əməkdaşın işi təhlil edilib. Dünən mənim sərəncamımla Milli Məclisin Aparatının və İşlər İdarəsinin yeni strukturu qurulub”.