Modern.az

Koronavirusun ən çox yayıldığı ölkələr – SON STATİSTİKA

Koronavirusun ən çox yayıldığı ölkələr – SON STATİSTİKA

Dünya

2 May 2020, 10:32

İndiyədək dünyada koronavirusa qeydə alınan yoluxma halları 3 milyon 401 min 318 nəfərə çatıb, 239 min 614 nəfər isə həyatını itirib. 

Modern.az dünyada koronavirusla bağlı ən son statistikanı təqdim edir.

 

Koronavirusa ən çox yoluxma Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Bu ölkədə 1 milyon  131 min 318 yoluxma qeydə alınıb. Virusa yoluxan amerikalıların 65 776 nəfəri ölüb.

 

İkinci yerdə İspaniya gəlir. Bu ölkədə virusa yoluxanların sayı 242 988 nəfər, ölü sayı isə 24 824 nəfərə çatıb.

İspaniya ilə müqayisədə yoluxma sayı az olan İtaliyada (207 428) isə ölü sayı (28 236) daha çoxdur.

Virusun sürətlə yayıldığı Böyük Britaniyada COVİD-19-dan əziyyət çəkən sakinlərin sayı 177 454 nəfərdir. Bu ölkədə də ölü sayı artaraq 27 510 nəfər olub.

 

Fransa 167 min 346 yoluxma halı ilə dünyada 5-ci ölkədir. Virus burada 24 594 can alıb. Növbəti pillədə Almaniyadır. Avropanın ən güclü iqtisadiyyatlına malik ölkədə 164 077 nəfər COVİD-19-a tutulub, onların 6 736 nəfəri isə dünyasını ədyişib.

 

Virusun ən çox yayıldığı 7-ci ölkə Türkiyədə isə 122 min 392 yoluxma, 3 258 ölüm təsdiqlənib. Rusiyada COVİD-19-a yoluxan sayı 114 431, dünyasını dəyişnlərin sayı isə 1 169 nəfər çatıb. Paralel olaraq, İranda 95 646 nəfərdə virus tapılıb. Onlardan 6 091 nəfər ölüb.

 

İlk “onluğu” Cənubi Amerika ölkəsi Braziliya qapadır. Bu günə qədər Braziliyada 92 202 nəfər COVİD1-9-a yoluxub, 6 412 nəfər isə dünyasını dəyişib.

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı