Modern.az

Kosmetoloqdan karantin tövsiyələri: “Üz cizgilərinə sınaq meydanı kimi baxmaq olmaz” - MÜSAHİBƏ

Kosmetoloqdan karantin tövsiyələri: “Üz cizgilərinə sınaq meydanı kimi baxmaq olmaz” - MÜSAHİBƏ

Mədəni̇yyət

2 May 2020, 15:37

Karantin günlərində xanımları ən çox düşündürən mövzulardan biri evdə baxımlı olmaq və artıq çəki almamaqdır. Xanımlar özəl tərkibli maskalar hazırlamaqla dərilərinin qayğısına qalırlar. Evdən yalnız zəruri hallarda çıxa bildiyimiz bu günlərdə estetik prosedurlara müraciətlər də azalıb. Kimlər estetik əməliyyatlar etdirə bilməzlər? Evdə qalaraq kosmetoloq yanına getmədən dərimizə necə qulluq edə bilərik?

 

Cərrah-kosmetoloq Könül Məmmədova suallarımızı cavabladı. Modern.az onunla söhbəti təqdim edir:

 

Gündəlik dəri növünə uyğun nəmləndirici kremlərdən istifadənin böyük faydası var

 

- Karantin günlərində xanımlar üçün faydalı özünəqulluq metodlarından bir neçəsini bölüşərdiniz

- Bildiyimiz kimi dünya koronavirusla mübarizə dönəmindədir. Sağlamlığımız üçün karantin qaydalarına əməl etməliyik. Belə ki evdə qalmaqdan bəzi xanımlarımız stressə düşə bilər və beləliklə bu onların dərisində bir sıra dəyişikliklərdə müşahidə olunar. Bunun üçün isə evdə hər büdcəyə uyğun olaraq maskalar hazırlamaq mümkündür: 1) Pomidor maskası- allergiyalı dərilər üçün nəzərdə tutulub əsasən, 1 çay qaşığı  pomidor suyu, 1xörək qaşığı qatıq və  bir xörək qaşığı qara zeytun yağı qarışdırıb üzə çəkirik. 15 dəqiqədən sonra təmizləyirik. Digər faydalı maskalardan biri də darçın maskasıdır:   əsasən səpkili dərilər üçün nəzərdə tutulur. Bununla yanaşı məsamələri sıxlaşdırır və dəriyə parlaqlıq verir və.s.  Gündəlik dəri növünə uyğun nəmləndirici kremlərdən istifadənin böyük faydası var.

 

- Uzun müddətdir ki, ev şəraitində qalan xanımlar  sizə daha çox  hansı prosedurlara daha çox müraciət edirlər?


- Son aylarda xanımlar qalıcılıq müddəti çox olduğu, eyni zamanda effekti daha güclü olduğu üçün saplarla üzün tikilməsinə üstünlük verirlər. Bununla yanaşı həmçinin  mimik qırışların aradan qaldırılması və digər prosedurlar üçün müraciət edirlər. Təbii ki, karantin rejimi olduğu üçün hər kəsə #evdəqal deyirəm və ümid edirəm ki, tezliklə normal həyatımıza qovuşacağıq. Yalnız bundan sonra estetik prosedurlar əvvəlki kimi qaydalı yerinə yetiriləcək.

 

“Bəylər estetik mövzusuna tolerant yanaşırlar” 


- Kişilər hansı estetik prosedurlara üstünlük verir? Nədən şikayətlənirlər?


- Bəylərdə yaş kateqoriyasına görə problemlər dəyişir. Belə ki gənclər daha çox akne müalicəsinə və ya aknedən yaranan izlərə görə müraciət edərkən, daha orta yaşlı bəylər isə əksər hallarda qırışlar üçün müraciət edirlər. Əvvəlki dövrlə müqayisədə bəylər estetik mövzusuna tolerant yanaşırlar. Həm özlərində, həm də xanımlarında bunu əksər hallarda normal qarşılayırlar.

 

“Bu kimi hallarda psixiatra müraciət edilməlidir”

 

- Kimlər estetik əməliyyatlar etdirə bilməzlər?


- Bəzi insanlar öz görünüşlərini bəyənmirlər və problemin həlli yolu kimi estetik-plastik cərrahlara üz tuturlar. Onlar dəyişmək üçün davamlı əməliyyatlar aparılmasını istəyirlər. Çox təəssüf ki, nəticədə daha bəyənilməz vəziyyətə gəlirlər. Belə halları bəzən incəsənət ulduzlarının timsalında da görmək mümkün olur. Bu kimi hallarda psixiatra müraciət edilməlidir. Statistikaya əsasən desək, estetik əməliyyatlarla bağlı müraciət edənlərin 15 faizini bu cür insanlar təşkil edir. Nəticə etibarilə kompleks yaşayan hər kəs etdirə bilər, lakin çox olmamaq şərtilə.

 

“Heç kimin üz cizgilərinə sınaq meydanı kimi yanaşmaq olmaz”

 

- Kosmetoloq olmaq istəyən gənclərə nə kimi tövsiyələriniz var?


- Xanımlarla iş olduqca çətindir. “Müştəri hər zaman haqlıdır” prinsipinə əməl etsək də, bəzi hallarda dözmək olmur. Məhz bütün çətinliklərin öhdəsindən gəlmək üçün bu sənəti mükəmməl mənimsəmək lazımdır. Beləliklə kosmetoloq olmaq istəyən gənclərimizə yeganə məsləhətim budur ki, bu işi dərindən öyrənərək fəaliyyətə başlasınlar. Heç kimin üz cizgilərinə sınaq meydanı kimi yanaşmaq olmaz.

 

- Qidalanmanın insan dərisinə nə kimi təsiri var?


- Qidalanma insan dərisinə diqqətin ilk seansıdır . "İnsan əvvəla özü-özünün həkimi olmalıdır". Buna mən də qatılıram. Hərkəs özünə ziyanlı qidanı bilir və bu qidaları qəbul etməyərək  ilkin müalicəsini etməlidir. Yox, əgər yenə problemlər davam edərsə, mütəxəssisə müraciət vacibdir.

 

Firayə Allahverdiyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir