Modern.az

Dostları Siyavuş Aslanı unudub – aktyor Modern.az-a danışdı

Dostları Siyavuş Aslanı unudub – aktyor Modern.az-a danışdı

3 May 2012, 17:22


Modern.az
  son zamanlar şəkər xəstəliyindən əziyyət çəkən Xalq artisti, görkəmli aktyor  Siyavuş Aslanın özü ilə əlaqə yaradıb səhhəti haqqında məlumat alıb:
 
“Hal-hazırda yaxşıyam. Özümü yaxşı hiss edirəm”-deyə S.Aslan sualımıza qısaca cavab verib.

Xalq artistinin evində xidməti işlərə baxan xanım isə bildirib ki, aktyorun ümumi vəziyyəti yaxşıdır.
“Amma hərdən olur ki, yaddaş pozğunluğu ilə qarşılaşır. Özünü televiziyada görəndə bəzən tanıyır, bəzən də tanımır. Şəkəri isə az-az hallarda, yağlı yeyəndə, şokoladdan istifadə edəndə qalxır. Bizi ən çox təəssüfləndirən isə odur ki, teatrdakı dostlarından heç kim gəlib baş çəkmir”. 

 

Şahanə Rəhimli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir