Arxiv
11 Yanvar 2010, 10:37 | MEDİA
15 illik jurnalist fəaliyyətimdə məni hələ belə təhqir edən olmamışdı...

“Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyinin türk cümhuriyyətləri baş təmsilçisi Azər Həsrət “Müxalifət” qəzeti ilə
məhkəmədə çəkişmək haqqında düşünür. Bu barədə o, Modern.az-a verdiyi açıqlamada bildirib. Azər Həsrət deyib ki, adı çəkilən qəzetin 30 dekabr 2009-cu il tarixli sayında onunla bağlı “Dəvə dərisinin sehri” başlıqlı böhtan və təhqirlərlə dolu yazı dərc edərək şərəf və ləyaqətini alçaltmış, ictimai nüfuzuna zərbə vuran davranış nümayiş etdirmişdir. "15 illik jurnalist fəaliyyətimdə məni hələ belə təhqir edən olmamışdı..."-deyə A.Həsrət bildirib. 

“Yazıda məni açıq mətnlə manqurt adlandırır, əqidəmi dəyişməkdə ittiham edirlər. Bundan başqa mənim “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin əleyhinə üstüörtülü kampaniya apardığım da iddia edilir. Bunlar azmış kimi, bu cür “əməllərim”in hakimiyyətdən qaynaqlandığı, özü də guya hansısa maliyyə qarşılığında belə davrandığımın iddia edildiyi yazıda hətta normal əxlaq sahiblərinin dilə gətirə bilməyəcəyi tərzdə təhqirlərə yol verilib” – deyə Azər Həsrət bildirib.

Daha sonra o, qeyd edib ki, yazı dərc edilən gün qəzetin redaktoru Rövşən Kəbirliyə zəng edərək izahat istəyib. Rövşən Kəbirli isə ona bildirib ki, “Şərq” qəzetində çıxan bir yazıda Azər Həsrət üstüörtülü şəkildə Azərbaycanı beynəlxalq aləmdə biabır edən jurnalistlərə eyham vurub. Rövşən Kəbirli də hakimiyyətin Mehman Əliyevi tez-tez tənqid etməsi ilə bunu müqayisə edərək Azər Həsrətin hakimiyyətin kampaniyasında yer alması kimi dəyərləndirdiyini deyib. “Mən Rövşən Kəbirliyə dedim ki, əgər hər hansı bir məsələ haqqında eşitmisinizsə, zəhmət çəkib zəng edəydiniz və məndən ən dəqiq və aydın mövqeyimi öyrənəydiniz. Mən bütün fəaliyyətim dövründə jurnalistləri və insan haqlarını qorumuşam və bundan sonra da qorumaq fikrindəyəm. Təbii ki, dövlətin və millətin mənafeyi məsələlərində də kimsəyə güzəşt etməmişəm və edən də deyiləm. “Şərq” qəzetindəki  yazıda sözügedən məsələyə gəlincə isə, demək istərdim ki, mən Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkil etdiyi bir tədbirdə jurnalistikaya dəxli olmayanları müdafiə edən jurnalist qurumları haqqında tənqid səsləndirmişəm. Özü də üstüörtülü şəkildə deyil, açıq şəkildə və adlar çəkərək. Təbii ki, Mehman Əliyevin adı bu sırada olmayıb” – deyə Azər Həsrət qeyd edib.

Azər Həsrətin dediyinə görə, Rəvşən Kəbirli söhbətin sonunda yanlışlığa yol verdiklərini etiraf edib və bayramdan dərhal sonra onu redaksiyaya dəvət edəcəklərinə, mövqeyini geniş şəkildə işıqlandıracaqlarına söz verib: “Ancaq bayram və üstəlik də bayram sonrası bir iş həftəsi geridə qalsa da “Müxalifət” qəzetinin redaksiyasından mənimlə əlaqə saxlayan olmayıb. Ona görə də belə qənaətə gəlmişəm ki, bu qəzetin rəhbərliyi sadəcə vaxtı uzatmaqla əsəblərimin sakitləşməsini gözləyir və bəlkə bu yazını unudacağımı düşünür. Mənsə deyirəm ki, belə yazıya görə onlar qanunun ən sərt tələbləri çərçivəsində cavab verməli olacaqlar”.

Azər Həsrət deyib ki, önümüzdəki həftə ərzində məsələni Mətbuat Şurasının rəhbərliyi ilə müzakirə edib uyğun addımları atmaq fikrindədir. “Yəqin ki, “Müxalifət” qəzetiylə məhkəmədə görüşməli olacam” – deyə o, bildirib.

Jurnalist olmayanları jurnalist kimi qələmə verərək müdafiə edənlərə gəlincə isə Azər Həsrət buna da aydınlıq gətirib: “Mən çıxışlarımda dəfələrlə demişəm ki, mərhum Novruzəli Məmmədovu, yaxud da Nazim Quliyev kimi adamları guya jurnalist fəaliyyətinə görə təqiblərə məruz qalan şəxslər kimi beynəlxalq ictimaiyyətə tanıdan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu çox ciddi yanlışa yol verir və belə əməllər dövlətimizin və millətimizin mənafeyinə ziddir. Dövlətimin mənafeyini hər şeydən üstün tutduğum üçün bu cür qurumları hər zaman tənqid etmək fikrindəyəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan Patriarxlığından sərhəd açıqlaması 24 May 2019, 01:12 Dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçildi 24 May 2019, 00:36 Fuad Abbasov azadlığa buraxılıb - İddia 24 May 2019, 00:18 Mehriban Əliyeva iftar mərasimində - FOTOLAR 23 May 2019, 23:57 Tovuzda gənc qadın qonşusu tərəfindən döyüldü 23 May 2019, 23:40 “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq” - İlham Əliyev 23 May 2019, 23:19 Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47