Modern.az

Milli Məclisin yeni şöbəsindən gözləntilər: “Problemlər zamanında həllini tapacaq”

Milli Məclisin yeni şöbəsindən gözləntilər: “Problemlər zamanında həllini tapacaq”

4 May 2020, 13:05

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni şöbə yaradılıb. Yeni şöbə İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi adlanır. 

 

Parlamentin iclaslarında yerli icra orqanları ilə daha sıx əməkdaşlıq edilməsi məsələsi zaman-zaman gündəmə gəlib.

 

Maraqlıdır, altıncı çağırış Milli Məclisin Aparatında icra orqanları ilə bağlı şöbənin yaradılmasının mahiyyəti nədən ibarət olacaq?

 

Bundan sonra parlamentlə icra orqanları necə işləyəcək?

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aqil Məmmədov Milli Məclisdə belə bir şöbəyə ehtiyac olduğunu deyib:

 

“Milli Məclisdə belə bir şöbənin yaradılmasına çoxdan ehtiyac var idi. İcra hakimiyyətləri ilə birlikdə görüşlərin təşkil edilməsi çox önəmlidir. Çünki bütün problemlər yerlərdə bəlli olur. Parlament və yerli icra hakimiyyətləri ilə əlaqələrin yaranması müəyyən problemlərin vaxtında aradan götürülməsinə gətirib çıxaracaq”.

 

 

Aqil Məmmədov bildirib ki, vətəndaşların şikayətləri birlikdə araşdırılmalıdır:

 

“Ayda iki dəfə yerlərdə görüşlərin keçirilməsi nəzərdə tutulur. Düzdü, əvvəllərdə də deputatlar görüşlər keçirib. Bu dəfə isə daha geniş və əhatəli görüşlər olacaq. Hesab edirəm ki, Milli Məclisdə İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin yaradılması məqsədəuyğundur. Yerlərdə baş verənlər daha dolğun formada parlamentdə müzakirəyə çıxarılacaq. Hansı ki, gecikmiş problemlər var, onlar zamanında həllini tapacaq. Eyni zamanda, vətəndaşın şikayətinin İcra hakimiyyətinə, yoxsa, digər bir quruma aid olub-olmaması bəlli olacaq”.    

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?