Modern.az

Ermənistan XİN-dən növbəti QARABAĞ AÇIQLAMASI

Ermənistan XİN-dən növbəti QARABAĞ AÇIQLAMASI

4 May 2020, 15:54

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni açıqlama verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, xarici əlaqələr üzrə parlament komissiyasının daimi iclasına qatılan diplomat rəsmi Yerevanın mərhələli həll varinatına üstünlük verdiyini elan edib.

“Öhdəliklərin pozulması ilə müşaiyət olunacaq mərhələli həll planına heç kəs ümid etməsin. Bizim həmkarlarımızdan biri vaxtı ilə dediyi kimi, erməni tərəfi mərhələli həll varinatına hazırdır: ilkin mərhələdə Qarabağın statusu müəyyən olunur, sonra qalan məsələlər”.

 

Mnatsakanyan güzəştlərin qarşılıqlı olmasını önə çəkib. O sonda Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakının gündəlikdən çıxalmadığını da əlavə edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi