Modern.az

Siyavuş Novruzov rayonlarda hüquq-mühafizə orqanları rəhbərlərini də cəzalandırmağa ÇAĞIRDI

Siyavuş Novruzov rayonlarda hüquq-mühafizə orqanları rəhbərlərini də cəzalandırmağa ÇAĞIRDI

5 May 2020, 12:28

“İcra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır”.

 

Modern.az-ın xəbərinə görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib:

 

“Çünki onlar rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”, - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər