Modern.az

Bu kəndlilərdən icbari sosial sığorta haqqı alınmasın - Əli Məsimli 

Bu kəndlilərdən icbari sosial sığorta haqqı alınmasın - Əli Məsimli 

İqtisadiyyat

5 May 2020, 13:20

“Beş hektara qədər torpağı olan kəndlilərin vəziyyəti nəzərə alınmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı deputat Əli Məsimli deyib. O, bu kəndlilərdən sosial sığorta haqqı alınmamasını təklif edib:

 

“Qanun layihəsində bu insanlar nəzərə alınsın. Beş hektara qədər torpağı olan insanlara ünvanlı sosial yardım verilməlidir, onlar məşğul əhali siyahısından da çıxarılmalıdır. Çünki bu torpaqdan hansısa gəlir götürmürlər. Onların əldə etdiyi gəlir icbari sosial sığorta haqqı ödəməyə imkan vermir. Ona görə də beş hektara qədər torpağı olan kəndlilərlə bağlı hissə bu qanun layihəsindən çıxarılmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir