Modern.az

Biləsuvarın deputatından TƏKZİB

Biləsuvarın deputatından TƏKZİB

5 May 2020, 16:11

Milli Məclisin Biləsuvardan seçilmiş deputatı Bəhruz Məhərrəmov bu rayonun həbs edilmiş icra başçısı Mahir Quliyev haqqında sosial şəbəkələrdə adından yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, deputat fikirlərinin təhrif olunduğunu qeyd edib:



"Mətbuatda adımdan gedən yazı ilə əlaqədar bildirirəm ki, mətbuat Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda həbsdə olan Mahir Quliyev barəsində fikrimi təhrif olunmuş və həqiqətə uyğun olmayan şəkildə təqdim edib.

Qeyd olunan mövqe tərəfimdən qəbul edilmir və birmənalı şəkildə rədd edilir".

 

Parlamentari hüquqşünas kimi aparılan araşdırmanın nəticəsini gözləməyi tövsiyə etdiyini bildirib:

 

"Çünki biz cənab Prezidentin rəhbərliyi altında hüquqi dövlətdə yaşayırıq və təqsirləndirilən şəxsin barəsində son qərar məhkəmə tərəfindən qəbul ediləcək. Lakin bu o demək deyil ki, sabiq icra başçısı qeyd olunan əməlləri törətməyib. Mahir Quliyev ilk növbədə ona göstərilən etimadı doğrultmayıb, cənab Prezidentin korrupsiya və digər mənfi hallara qarşı mübarizə apardığı bir dövrdə bu əməlləri törədib və törədilməsinə şərait yaradıb. Buna görə də yerli sakinlər haqlı olaraq onun fəaliyyətindən ciddi narazı olub və bu barədə əsaslı müraciətlər edib. Bunun nəticəsidir ki, hazırda onun barəsində kifayət qədər təkzib olunmaz sübutlar olduğuna görə tamamilə doğru olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179, 308 və 311-ci maddələri ilə cinayət işi istintaq edilir və haqqında əsaslı olaraq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Bütün günahkar şəxslər Azərbaycan məhkəməsi qarşısında cəzalarını alacaqlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır