Modern.az

“Həm Rusiya, həm də digər həmsədrlər Ermənistana təzyiq edirlər” – ŞƏRH

“Həm Rusiya, həm də digər həmsədrlər Ermənistana təzyiq edirlər” – ŞƏRH

Qarabağ

5 May 2020, 16:45

Ötən gün Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlama verdi. Erməni nazir “Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli mümkündür, amma Qarabağın statusu müəyyənləşdikdən sonra” deyərək növbəti dəfə q   eyri-konstuktiv mövqe sərgiləmiş oldu.

 

 Bundan başqa Mnatsakanyan Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakının gündəlikdən çıxalmadığını da qeyd etdi.

Maraqlıdır ki, Mnatsakanyan elə bu yaxınlarda münaqişənin mərhələli həllinin yolverilməz olduğunu qeyd etmişdi. İndi isə tamam başqa bəyanat verir.

Bəs Ermənistanın baş diplomatının bu cür ziddiyətli bəyanatlar verməsinin səbəbi nədir? Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirak etməsini arzulayan erməni tərəfnin məqsədi nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyir ki, bu cür bəyanatlar Ermənistan tərəfinin oyunudur:

 

“Sadə dildə desəm, Ermənistanın son açıqlaması bir oyundur. Münaqişənin mərhələli şəkildə həll olunması bir neçə ildir ki, müzakirə olunur, eyni zamanda Madrid prinsiplərində də öz əksini tapıb. Son illərdə tərəflər arasında aparılan danışıqlarda da bu məsələ gündəmdə olub. 1992-ci ildə ATƏT-in əsas sənədlərinə baxsaq görərik ki, əsas problem Dağlıq Qarabağın statusudur. İndi isə ermənilər deyir ki, bu problemi həll edək, qalan məsələlər sonraya qalsın. Bu isə tək bizim üçün yox, Minsk qrupunun həmsədrləri üçün də qəbuledilməzdir.

 

 Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirak məsələsi isə bir hədəfdir. 24 mart 1992-cil ATƏT sənədində seçilmiş nümayəndələr öz əksini tapıb. Həmin ilin sentyabrın 15-də Minsk qrupunun İtaliyadan olan həmsədri demişdi ki, seçilmiş tərəf kimi həm Ermənistan həm də Azərbaycan tərəfinin nümayəndələrinən söhbət gedir. Yəni bu o deməkdir ki, tək Ermənistan tək tərəf kimi danışıqlarda iştirak edə bilməz. Ermənistanın hazırki mövqeyi daxili auditoriyaya yönəlib. Onlar substantiv danışıqlar apara bilmir.

 

Paşinyan avqustdakı “Dağlıq Qarabağ Ermənistandır” kimi açıqlama verdikdən sonra ermənilər faktiki olaraq deyirlər ki, artıq məqsədlərinə çatıblar, danışıqlara ehtiyac yoxdur. Həm Rusiya tərəfindən həm də həmsədrlər tərəfindən Ermənistana olan təzyiqlər nəticəsində də erməni tərəfi belə ziddiyətli bəyanatlar verir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir