Modern.az

Milli Məclisin Sədr müavini yeni vəzifəyə TƏYİN OLUNDU

Milli Məclisin Sədr müavini yeni vəzifəyə TƏYİN OLUNDU

Parlament

6 May 2020, 15:22

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Azərbaycan Respublikası Milli Məclisini təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.

Modern.az-ın məlumatına görə, Adil Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavinidir. Daha öncələr Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

 

Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir