Modern.az

Azərbaycan koronavirusla mübarizədə regional liderdir - STATİSTİKA

Azərbaycan koronavirusla mübarizədə regional liderdir - STATİSTİKA

6 May 2020, 16:22

Koronavirus pandemiyası Cənubi Qafqaz regionunda da yan keçməyib.

 

Modern.az xəbər verir ki, Gürcüstan, Azərbaycan və Ermənustanda minlərə insan COVID-19-dan müalicə alır. Bu ölkələrin koronavirusla mübarizə və əldə edilən nəticələr müxtəlidir.


İstər ərazi (29,8 min kv. kilomter), istərsə də əhali sayı baxımından (2,9 milyon) Cənubi Qafqazın ən kiçik ölkəsi Ermənistan pandemiyanın mənfi göstəricilərinə görə regional liderdir.  

 

Təkcə son sutkada bu ölkədə 163 nəfər virusa yoluxub. İndiyə kimi Ermənistanda 2782 nəfər koronavirusa yoluxub. Onlardan 1135 nəfər sağalaraq evə buraxılıb. Ötən müddətdə 40 nəfər virusun qurbanı olub. Hazırda Ermənistanda 1600 aktiv COVID-19 xəstəsi var.

Maraqlıdır ki, Qafqaz ölkələri arasında ən az koronavirus testi də Ermənistanda (26 929) keçirilib.

 

69,7 min kvadrat kilometr sahəsi və 3,7 milyon sakini olan Gürcüstanda koronavirusla bağlı mayın 22-nə qədər fövləladə vəziyyət mövcud olacaq. Ölkədə bu gün koronavirusa yoluxanların sayı 610 nəfərə çatıb.

Onlardan 269 nəfər sağalsa da, 9 pasiyent dünyasını dəyişib. Hazırda 332 COVID-19 xəstəsi müalicəsini davam etdirir. Gürcüstanda 20 579 koronavirus testi keçirilib.

 

Ərazisinin böyüklüyünə (96,6 min kvadrat kilomter) və əhalisinin çoxluğuna görə (10,1 miulyon) Cənubi Qafqazın lider ölkəsi Azərbaycan virusla mübarizədə də ön pillədədir. Belə ki, istər koronavirusdan sağalanların çoxluğuna, istərsə də ölü sayının azlığına görə Ermənistan və Gürcüstan Azərbaycandan geridə qalır. Son statistikaya görə, bu gün Azərbaycanda 67 nəfər koronavurusa yoluxub, 28 nəfər isə sağalıb.

 

Ümumilikdə, Azərbaycanda 2127 nəfər koronavirusa yoluxub. Onlardan 1536 nəfər sağalıb, 28 nəfər vəfat edib. Hazırda 563 aktiv koronavirus xəstəsi müalicəsini davam etdirir.

Bu günə qədər Azərbaycanda Cənubi Qafqaz ölkələri üçün rekord 169 790 test aparılıb. Paralel olaraq, əlavə olunmalıdır ki, ölkəmizdə koronavirusdan ölüm faizi dünya üzrə orta göstəricidən 5,5 dəfə azdır. Hər 1000 nəfərə dünyada 69 ölüm faktı olsa da, Azərbaycanda analoji göstərici 13 nəfər təşkil edir.

 

Xatırladaq ki, 2019-cu il dekbarın 31-də Çin Ümudünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırmışdı. 2020-ci il yanvarın 30-da ÜST virusun beynəlxalq miqyasda təhlükə törədəcəyini açıqladı. Fevralın 11-də koronavirusa COVID-19 adı verildi. Martın 11-də isə Ümudünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan etdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir