Modern.az

Rusiyada daha bir nazir koronavirusa yoluxdu

Rusiyada daha bir nazir koronavirusa yoluxdu

Dünya

6 May 2020, 16:28

Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova yeni  koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirin mətbuat katibi Аnna Usaçeva bildirib. Onun sözlərinə görə, O.Lyubimovanın koronavirusla bağlı testinin nəticələri müsbət çıxıb.

 

Usaçeva qeyd edib ki, nazir hazırda evdədir, iclasları videokonfrans vasitəsilə keçirir, görüşlərdə və danışıqlarda onlayn rejimdə iştirak edir.

 

Nazir xəstəliyi yüngül formada keçirdiyi üçün onun xəstəxanaya yerləşdirilməsi nəzərdə tutulmayıb.

 

Xatırladaq ki, Rusiyanın Baş Naziri Mixail Mişustin, İnşaat naziri Vladimir Yakuşev və müavini Dmitri Volkov da koronavirusa yoluxub.

 

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?