Modern.az

”Xəzər” TV Türkiyə millisinin oyunlarını canlı yayımlayacaq

”Xəzər” TV Türkiyə millisinin oyunlarını canlı yayımlayacaq

Aktual

5 May 2012, 11:01

”Xəzər” telekanalı Azərbaycanın futbol azarkeşlərini sevindirəcək. Modern.az saytının məlumatına görə, azərbaycanlı futbolsevərlər bundan sonra Türkiyə milli futbol komandasının oyunlarına “Xəzər” TV vasitəsilə baxa biləcəklər.

Bu barədə saytımıza “Xəzər” telekanalının baş direktoru Hüseyin Dinləməz məlumat verib. Onun sözlərinə görə, “Xəzər” TV bu ilin aprel ayında Türkiyə millisinin yayım hüququna malik olan qurumdan müvafiq anlaşma əldə edib.

Artıq may ayından başlayaraq “Xəzər” TV Türkiyə millisinin yoldaşlıq görüşlərini, sentyabrıdan isə əsas oyunlarını canlı olaraq Azərbaycanda yayımlayacaq.


Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!