Modern.az

Ordumuzun xüsusi təyinatlı bölmələri təlimə çıxarıldı - VİDEO

Ordumuzun xüsusi təyinatlı bölmələri təlimə çıxarıldı - VİDEO

Qarabağ

7 May 2020, 12:00

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar şərti düşmən müdafiəsinin dərinliyində pusqu quraraq həmlə üçün əlverişli məqamda onun komanda məntəqəsi və hərbi təyinatlı obyektinin ələ keçirilməsi fəaliyyətini məşq ediblər. 

Əsas diqqət gizli hərəkətin təşkili və şərti düşmənin diversiya-kəşfiyyat qruplarının məhv edilməsinə yönəldilib.

Sonra xüsusi təyinatlılar əlbəyaxa döyüş elementlərinin tətbiqi ilə nümunəvi çıxışlar nümayiş etdiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir