Ermənistanın sabiq prezidenti Robert Koçaryan mayın 8-də məhkəmə qarşısına çıxarılacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə onun zaminə çıxarılması məsələsinə baxacaq. Eks-baş nazirlər Karen Karapetyan, Xosrov Arutunyan və Vazgen Manukyan Robert Koçaryanın zaminə buraxılması üçün Yerevanın birinci instansiya məhkəməsinə gələcəklər.
“Eks-prezidentin müdafiəçiləri onun prosesdə iştirakını gözləyir”-deyə Koçaryanın vəkillər qrupunu rəhbəri Elina Saakova açıqlama verib.
Hazırda Erməınistanın sabiq lideri Robert Koçaryan “İzmirilyan” klinikasında müalicə alır.
Xatırladaq ki, məhkəmə prosesi 1992-ci ildə Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən ələ keçirildiyi 8 may gününə təsadüf edir. Robert Koçaryan Şuşanın işğalında fəal iştirak edib.