Modern.az

Şuşasız Qarabağ yoxdur...

Şuşasız Qarabağ yoxdur...

Aktual

5 May 2012, 13:00

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

1988-1990-cı illərdə olanları görənlər xatirələrində saxlayıb, görməyənlərə danışır, unutmağa qoymurlar. Ürəyi, ruhu, beyni azadlıq istəyi ilə alovlananlar meydanlarda hayqırtı ilə bağırır, illərin əsarətindən qurtulmağa çalışırdılar. 1990-cı il 20 Yanvar günü yüzlərlə igid oğlan və qızlarımız öz qanlarında boğuldular. Cavan ömürlərini yarıda qoyub, Azərbaycanın işıqlı sabahına caladılar.

1991-ci il... Azərbaycan müstəqil respublikadır. Zamanın sərt üzü nəhayət ki, şəfəqini saçdı. Qara buludların arasından günəş doğdu.

21 ildi müstəqilik. Dünyaya açılan pəncərələr ölkəmizi daha çox işıqlandırır. İqtisadi, siyasi gücümüz artıb. Mədəniyyətimizin inkişaf səviyyəsini isə görməmək mümkün deyil. Dörd dəfə qatılmağımıza baxmayaraq, ən nüfuzlu, beynəlxalq miqyaslı Evrovizion mahnı müsabiqəsinin birincisi olduq. Bir neçə gündən sonra Avropanın tanınmış ölkələri paytaxt Bakıda toplaşacaq.

Ancaq onlar Azərbaycanın şah damarından axan qanın istiliyini duymayacaqlar. Onlar Azərbaycanın işığını görməyəcəklər.

Ermənistan Bakıya gəlməkdən imtina etdi. Ermənilərə Bakının təzə salımış körpüləri, yolları, yeni istifadəyə verilmiş otelləri maraqlı deyil. Onlar üçün “ When the music dies ” önəmli deyil.

Çünki...

1992-ci 8 may tarixində Erməni yağıları gözümüzün nurunu işğal edib, kor qoydu Azərbaycanı. Şuşanı tutub axan qanımızı soyutdular. Buludlar arasından yenicə boylanan günəşin şəfəqinin yerə çatmasına imkan vermədilər.

Onlara təzə yollar maraqlı deyil, çünki ata-babalarımızın at oynatdığı Cıdır düzünü görürlər. Təzə binalar, otellər maraqlı deyil, çünki Şuşanın qala divarlarını hansı ki, Pənahəli xanın əlçatmaz etdiyi ancaq satqınlar tərəfindən satılan qala divarlarını görürlər. Onlara parklarımızda əkilən, xaricdən gətirilən güllər maraqlı

deyil, çünki misli bərabəri olmayan Xarı-bülbülün çiçək açmasını, boy atmasını görürlər. Neynirlər axı xaricilərə yazdırdığımız “ When the music dies”i ?! Onlar bizim xalq mahnımız “ Sarı gəlin ”i ürək rahatlığı ilə oxuyub, qulaq asırlar...

Bunları nəinki gələn qonaqlar, heç bizdə görmürük. 20 ildi kor kimi yalnız hiss edirik, ancaq görmürük.

Hər il iyunun 26-da Silahlı Qüvvələr günü keçirilir. Müstəqil ölkəmizin güclü ordusu nümayiş etdirilir. Yenilənmiş silahlar, ən son dəbə uyğun tanklar, nizamlı ordumuz və s... Niyəsə bunları ancaq özümüzə göstəririk.

“ Haqq verilməz, alınar “-demişdi rəhmətlik Məhəmməd Əmin Rəsulzadə. Haqqımız olanı istəməkdən əl çəkməməliyik. Halva, halva deməklə ağız şirin olmur. Haqqımızı almağa çalışmalıyıq. Bunun üçünsə vuruşmalıyıq!

Nurane Quliyeva
Jurnalistika fak
ültəsi  2-ci kurs

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür