Modern.az

Koronavirus yarasadan ötürülüb - ÜST bəyan etdi

Koronavirus yarasadan ötürülüb - ÜST bəyan etdi

Dünya

8 May 2020, 16:33

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun təbbi şəkildə yarasadan ötürülməsi ilə bağlı rəsmi məlumat yayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST rəsmi şəkildə araşdırmalardan sonra virusun yarasadan ötürüldüyünü, ancaq kütləvi şəkildə yayılmasını isə Uhan şəhərində yerləşən heyvan bazarından qaynaqlandığını bildirib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, virusun Uhandakı bir laboratoriyada hazırlandığını iddia edərək, müvafiq dəlillərə sahib olduğunu demişdi. ÜST isə ABŞ-ın bu iddialar üçün heç bir dəlil göstərmədiyini vurğulayıb.

 

ABŞ dövlət katibi Mayk Pompeo da koronavirusun Çində bir laboratoriyadan yayıldığını deyirdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?