Modern.az

Almaniyanın apardığı kampaniya İlham Əliyevi təəcübləndirib

Almaniyanın  apardığı kampaniya İlham Əliyevi təəcübləndirib

7 May 2012, 09:01

Almaniyanın xarici işlər naziri 10 gün əvvəl müraciət edərək Azərbaycan prezidenti İlham Əliyevlə ABŞ-da görüşmək istədiyini xahiş edib. Modern.az bildirir ki, bu barədə Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, BMT iqamətgahında baş tutan görüş zamanı Vestervelle Azərbaycanla Almaniya arasında son zamanlar yaranan “soyuq müharibə”yə görə narahat olduğunu diqqətə çatdırıb. XİN rəhbəri bəyan edib ki, Azərbayacan hakimiyyətinə qarşı aparılan bu kampaniyanın Almaniya iqtidarına heç bir aidiyyatı yoxdur və Berlin ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.

Prezident İlham Əliyev isə öz növbəsində deyib ki, Almaniya ilə 19 illik münasibətləri tarixində ilk dəfədir ki, bu ölkə tərəfindən belə kampaniyaya tuş gəlir və bu da onu təəcübləndirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir