Modern.az

Azərbaycanda 6 dəfə dalbadal zəlzələ olub- YENİLƏNİB

Azərbaycanda 6 dəfə dalbadal zəlzələ olub- YENİLƏNİB

7 May 2012, 10:21

Azərbaycanın şimal-qərb bölgəsində bu gün səhər saatlarında güclü zəlzələ baş verib. Bu barədə Modern.az-a AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 09:00-10:00 arasında baş verən zəlzələnin episentri Zaqatala və Qax rayonlarının arasındadır. Mərkəzdən verilən məlumata görə, zəlzələ Zaqataladan 17 km aralıda Rixter cədvəli üzrə 5.5 (12 ballıq cədvəl üzrə 7) bal gücündə qeydə alınıb. Yeraltı təkanlar ətraf rayonlarda və eləcə də Gəncə-Qazax, Mərkəzi Aran, Qarabağ və bölgələrdə də hiss olunub.

Hələlik zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

*****

Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumata görə, zəlzələnin episentri Zaqatala rayonundan 17 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub. Tikililərdə dağıntı var. İnsan itkisi yoxdur.
  
****

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Zaqatala rayonunda bu gün ikinci dəfə zəlzələ baş verib. Belə ki, yeraltı təkan yerli vaxtla saat 10:38-də Zaqatala rayonundan 16 km cənubi-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 11 km, maqnitudası 4,5 olub. 

Növbəti yeraltı təkan yerli vaxtla saat 10:40-da Zaqatala rayonundan 18 km cənubi-qərbdə 4.2 bal gücündə qeydə alınıb.
 

*****
Zaqatala rayonunda dördüdcü dəfə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 13:36:21-da, Zaqatala rayonundan 18 km cənubi-şərqdə zəlzələ qeydə alınıb.  Zaqatalada 4.0 , Qax, Oğuz, Şəki rayonlarında 2.0-3.0 bal gücündə hiss olunub. İnsan Təlafatı və tikililərdə dağıntı yoxdur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi