Modern.az

Bakıda koronavirusa ən çox və az yoluxan rayonların adları AÇIQLANDI

Bakıda koronavirusa ən çox və az yoluxan rayonların adları AÇIQLANDI

9 May 2020, 17:30

Paytaxt rayonlarına nəzər saldıqda koronavirusa yoluxma halı ən çox Yasamal rayonunda, (19,8 faiz) ən az isə Pirallahıda (0,7 faiz) qeydə alınıb. 

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib. 

 

Qeyd edilib ki, bundan başqa, Nəsimidə 16,7% Binəqədidə 14,3%,, Nərimanovda 7%, Xətaidə 7,8%, Səbaildə 2,3%, Nizamidə 5,5%, Xəzərdə 5%, Suraxanıda 5,1%, Qaradağda 3,9% və son olaraq Sabunçuda 11,8% yoluxma faktı qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir