Modern.az

Kəmaləddin Heydərov zəlzələ bölgəsinə gedib

Kəmaləddin Heydərov zəlzələ bölgəsinə gedib

7 May 2012, 12:13

Fövqəladə hallar naziri general-polkovnik  Kəmaləddin Heydərov ölkənin şimal-qərb bölgəsində baş verən güclü zəlzələ ilə əlaqədar hadisə bölgəsinə gedib. Modern.az-ın məlumatına görə, bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunublar.

Qeyd edək ki, yeraltı təkanlar Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.

***
“Hazırda mən Zaqatala rayonundayam. Rayon mərkəzinə baxış keçirdikdən sonra indi kəndlərə gedirik. Rayonda zəlzələ nəticəsində insan itkisi olmayıb, ağır xəsarət alan da yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, bir neçə kənddə köhnə tikintilərə zərər dəyib, bəzi evlərdə çatlar əmələ gəlib: “İstər rayon mərkəzində, istərsə də kəndlərdə xüsusi dağıntılar, kütləvi şəkildə evlərin uçması və s. hadisələr baş verməyib. Hazırda zərər çəkmiş tikililərin qeydiyyatı aparılır. Bu cür tikililərin sayı və dəymiş ziyan müəyyənləşdirildikdən sonra bu barədə ətraflı məlumat veriləcək”.

K. Heydərov hazırda Zaqatala və ətraf rayonlarda heç bir problem, təşvişə səbəb olacaq halın baş vermədiyini bildirib: “Rayonlarda əhali gündəlik həyat tərzini davam etdirir, bütün infrastruktur tam gücü ilə işləyir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!