Modern.az

Bakıda koronavirusa yoluxanların faizi AZALIB-SON GÖSTƏRİCİLƏR

Bakıda koronavirusa yoluxanların faizi AZALIB-SON GÖSTƏRİCİLƏR

10 May 2020, 09:52

Azərbaycanda koronavirusa yoluxma üzrə son faiz göstəriciləri açıqlanıb.

 

Modern.az koronavirusinfo.az saytındakı rəsmi göstəricilərə əsasən xəbər verir ki, hazırda ölkədəki yoluxanların ümumi sayına görə Bakının payı azalıb. Belə ki, mayın 3-də Bakıda yoluxanlar ümumi yoluxanların 52, 1 faizini təşkil edirdisə, mayın 10-da bu rəqəm 45,3 faizə enib. Buna baxmayaraq, paytaxt yenə də ümumi statistikada ilk yerdədir.

 

Ölkə üzrə yoluxanların 14,1 faizi Gəncə-Qazaxda, 10 faizi Lənkəranda, 9,5 faizi Aranda, 5,6 faizi Abşeronda, 2 faizi Quba-Xaçmazda, 1,2 faizi Şəki-Zaqatalada, 1,2 faizi Dağlıq Şirvanda, 0,9 faizi Yuxarı Qarabağda, 0,2 faizi Naxçıvan Muxtar Respublikasındadır.

 

Qeyd edək ki, son rəqəmlərə görə, Azərbaycanda virusa yoluxanlar 2422 nəfərdir. Onlardan 1620 nəfəri sağalıb, 31 nəfəri ölüb, 771 nəfəri aktiv koronavirus xəstəsidir.  İndiyədək 188,950 müayinə aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?