Modern.az

Bu ölkədə bütün xəstələr koronavirusdan SAĞALDI

Bu ölkədə bütün xəstələr koronavirusdan SAĞALDI

Dünya

11 May 2020, 11:14

Dünyanın daha bir ərazisində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Farer Adalarında infeksiyaya yoluxan 187 nəfərin hamısı sağalıb. Bundan başqa, ada ölkəsində 8 450 şəxsdən test götürülüb və nəticələr neqativ çıxıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı Farer Adalarını koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Xatırladaq ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya, Beliz və Yeni Kaledoniyada koronaviruslu xəstə qalmayıb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır