Modern.az

Avropa ölkələri karantin qaydalarını YUMŞALDIR

Avropa ölkələri karantin qaydalarını YUMŞALDIR

11 May 2020, 11:21

Avropa ölkələri boyu karantin şərtləri yumşaldılır, amma bu addımın infieksiyanın ikinci dalğasına səbəb olmayacağına ümid edilir.

Modern.az BBC-yə istinadən bildiri ki, bu gündən etibarən Avropa ölkələrində bir sıra qaydalar aradan qaldırılır.


Fransada
 ibtidai siniflər bu gündən etibarən az sayda şagirdlərlə işə başlayır. Bazar ertəsindən Fransada geyim mağazaları, kitab dükanları, bərbərxanalar və gözəllik salonları, gül dükanları açılacaq. Restoranlarda, kinoteatrlarda və barlarda isə qadağalar hələ də qalmaqdadır.


Belçikada
 əksər biznes sahələri sosial məsafənin qorunması ilə bazar ertəsindən açıq olacaq. Resoranlar, kafelər və barlar hələ ki bağlı qalır.


Hollandiyada
 bu gündən etibarən ibtidai siniflər hissə-hissə yenidən açılacaq. Bu gündən etibarən kitabxanalar, psixoterapiya yerləri, sürücülük məktəbləri və bərbərxanalar da fəaliyyət göstərəcək.


İsveçirədə
 ibtidai və orta məktəblər yenidən açılacaq, amma siniflərin ölçüləri kiçildiləcək. Restoranlar, kitab dükanları və muzeylər də müəyyən məhdudiyyətlər tətbiq edilməklə işləyəcək.


İspaniyanın bəzi bölgələrində insanların 10 nəfərə kimi bir yerə yığışmasına icazə veriləcək. Bir hissəsi açıq havada olan resoranlar da sosial məsafəni gözləməklə yenidən açıla biləcək.


Britaniya
da - İngiltərədə - bəzi karantin qaydalarını bu həftədən yumşaldacaq, amma Birləşmiş Krallığın digər hissəsində karantin qaydaları əvvəlki sərtliyində qalacaq.


Danimarkada
 ticarət mərkəzləri bazar ertəsindən etibarən yenidən açılacaq.


Polşada
 bu həftədən otellər yenidən açıla bilər, amma xarici turistlər hələ də iki həftə müddətində karantində qalmalıdırlar.


Almaniya, Avstrya və İtaliya 
kimi digər Avropa ölkələri karantin qaydalarının yumşaldılmasına artıq başlayıblar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir