Modern.az

Avropa Birliyindən İsrailə MESAJ: “Bunu etsəniz, sanksiyalar olacaq”

Avropa Birliyindən İsrailə MESAJ: “Bunu etsəniz, sanksiyalar olacaq”

Dünya

11 May 2020, 16:30

Avropa Birliyi (AB), İsrailin hər hansı bir "ilhaq" təşəbbüsünün beynəlxalq hüquqa zidd olduğunu bildirərək, lazımi addımlar atmağa hazır olduğunu bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında AB Komissiyasının sözçüsü Peter Stano İsrailə xəbərdarlıq edib: “ İsrail Qərb sahilindəki işğal edilmiş əraziləri birləşdirmək istəsə, AB sanksiya tətbiq edəcək”-deyə P.Staonu vurğulayıb. AB-nin ilhaq planları ilə əlaqədar bir çox açıqlamalar verdiyini ifadə edən Stano, "AB-yə görə, ilhaq beynəlxalq hüquqa ziddir və bu baş verəcəksə, AB lazımi addımlar atmağa hazırdır" deyə qeyd edib.

Beynəlxalq qanunlara görə, işğal olunmuş ərazilərdəki bütün yəhudi yaşayış məntəqələri qanunsuz sayılır.

 

Xatırladaq ki, hələ bir neçə il bundan əvvəl BMT Fələstin ərazilərində yaşayış məskənlərinin salınmasının qanuna zidd olduğu barədə bəyanat vermişdi. Bu bəyanat isə İsrail tərəfinin ciddi narazılığına səbəb olmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar