Modern.az

15 Avropa ölkəsinin vətəndaşı Bakıdan TƏXLİYYƏ EDİLDİ

15 Avropa ölkəsinin vətəndaşı Bakıdan TƏXLİYYƏ EDİLDİ

11 May 2020, 21:12

Bu gün Azərbaycandan Avropa Birliyinin 15 ölkəsinin vətəndaşı təxliyyə edilib.

 

Modern.az Latviya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Air Baltic” şirkətinə məxsus təyyarə əcnəbi vətəndaşları Bakıdan Almaniyanın Frankfurt şəhərinə daşıyıb.

Reysin həyata keçirilməsi üçün pandemiya şəraitində üçüncü dövlətlərdə qalan vətəndaşların Avropa Birliyinin vətəndaş müdafiəsi və əmkdaşlıq mexanizmi işə salınıb. Bu mexanizm çərçivəsində 55 mindən artıq Avropa Birliyi vətəndaşı öz ölkəsinə qayıdıb.

 

Bakıdan təxliyyə edilən avropalılar arasında Latviya ilə yanaşı, Böyük Britaniya, İslandiya, Norveç və s. ölkələrin vətəndaşları var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...