Modern.az

Türkiyədə koronavirusa yoluxanların sayı 140 minə çatır

Türkiyədə koronavirusa yoluxanların sayı 140 minə çatır

11 May 2020, 21:56

Türkiyədə son sutka ərzində daha 55 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3 841 nəfərə çatıb:

"Bu gün ölkədə 32 722 şübhəli koronavirus testindən keçib, onlardan 1 114 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  139 771 nəfərə çatıb. Müalicə olunan 3 089  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  95 780 nəfər koronavirusdan müalicə olunub".


Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir